Bakı. 10 iyul. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin kütləvi təklif üsulu ilə yerləşdiriləcək faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının AZ2002006107 qeydiyyat nömrəli buraxılışı dövlət qeydiyyatına alınıb. Hər bir istiqrazın nominal dəyəri 1 000 ABŞ dolları, ümumi sayı isə 5 000 ədəddir.
"Report"un verdiyi xəbərə görə, bu barədə
Qeyd edək ki, "Nikoil Bank”ın Azərbaycanda fəaliyyət tarixi 1994-cü ildən, yəni "Ülpər" kommersiya bankının yarandığı gündən başlayır. 2002-ci ilin yanvar ayında, "Ülpər" KB-nin ləğv edilməsi nəticəsində bankın səhmlərinin 60%-ni "Nikoil" investisiya şirkəti, 40%-ni isə ölkənin yanacaq bazarının ən iri operatoru olan "Lukoil-Azerbaijan" şirkəti alıb.
Cari il yanvarın 1-nə Bankın aktivləri 365,957 mln. manat, məcmu kapitalı 57,1 mln. manat, nizamnamə kapitalı 34,5 mln. manat təşkil edib.