“Nikoil Bank” ipoteka kreditlərinin illik faiz dərəcəsini 7%-ə endirib

“Nikoil Bank” ipoteka kreditlərinin illik faiz dərəcəsini 7%-ə endirib Bakı. 17 noyabr. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil kredit təşkilatı və verdiyi ipoteka kreditlərinin məbləğinə görə bazarda lider olan “Nikoil Bank” ASC kreditlərin illik faiz dərəcəsini 8%-dən 7%-ə endirib.
Maliyyə
17 Noyabr , 2017 15:17
“Nikoil Bank” ipoteka kreditlərinin illik faiz dərəcəsini 7%-ə endirib

Bakı. 17 noyabr. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil kredit təşkilatı və verdiyi ipoteka kreditlərinin məbləğinə görə bazarda lider olan “Nikoil Bank” ASC kreditlərin illik faiz dərəcəsini 8%-dən 7%-ə endirib.

Bu barədə “Report”a Bankdan bildirilib.

Kreditlərin maksimal məbləği 150 min manat, maksimal müddəti 25 il, ilkin ödəniş tələbi isə 20%-dir. Bununla belə, müştərilərə 15% ilkin ödəniş etməklə, ipoteka kreditlərini illik 8%-lə götürmək imkanı da yaradılıb.

Xatırladaq ki, “Nikoil Bank” bütün ölkəni əhatə edən inkişaf etmiş satış şəbəkəsinə malik olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesab, depozit, kart, kredit və zəmanət əməliyyatları da daxil olmaqla, müasir və etibarlı bank xidmətləri paketi təklif edir. Onun məhsulları haqqında ətraflı məlumat almaq üçün www.nikoil.az saytına daxil olmaq, (012) 981 qısa nömrəsinə zəng etmək və yaxud “Nikoil Bank”ın “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsinə (https://www.facebook.com/bank.nikoil) baxmaq lazımdır. 

Son xəbərlər

Orphus sistemi