Yuxarı
    Bağlamaq

    "Nikoil Bank"ın səhmləri birjada ticarətə buraxılıb

    Bank BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib

    Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gündən etibarən Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə "Nikoil Bankı" ASC BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.

    "Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, ticarətə ilkin qiyməti 2 manat təşkil edən 30 mln. ədəd adi səhm buraxılıb.

    Xatırladaq ki, "Nikoil Bank" 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı hər birinin nominal qiyməti 2 manat olan 17,25 mln. səhm əsasında formalaşıb. Səhmlərin 56,4%-i "Topaz İnvestments" QSC-yə, 42,6%-i "Nikoil" QSC-yə, 1%-i isə "ISR Holding" MMC-yə məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi