"Nikoil Bank"ın İdarə Heyətinin tərkibi dəyişib

"Nikoil Bank"ın İdarə Heyətinin tərkibi dəyişib Bankın İdarə Heyətinin iki üzvü işdən ayırılıb
Maliyyə
11 Aprel , 2016 16:32
Nikoil Bankın İdarə Heyətinin tərkibi dəyişib

Bakı. 11 aprel. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik olub. Bankın İdarə Heyətinin üzvləri Zaur Əzizağa oğlu Abiyev və Aleksey Mixayloviç Çernin işdən ayırılıb. "Report" bu barədə Bankın rəsmi saytına istinadən xəbər verir.

Hazırda İdarə Heyətinin tərkibi sədr Vasiliy Viktoroviç Xamaza, sədrin müavinləri Sergey Albertoviç Savelyev, Fuad Rauf oğlu Tağıyev, Emil Məhəbbət oğlu Məmmədov və bir üzv - Fazil Kamil oğlu Hüseynovdan ibarətdir.

Son xəbərlər

Orphus sistemi