​"Nikoil Bank"ın filial şəbəkəsində nağd dollar qıtlığı yaranıb

​"Nikoil Bank"ın filial şəbəkəsində nağd dollar qıtlığı yaranıb Bank pul köçürməsi almaq istəyən müştərilərə göndərilən məbləği ancaq manatla ödəyə biləcəyini bildirir
Maliyyə
13 Aprel , 2015 17:01
​Nikoil Bankın filial şəbəkəsində nağd dollar qıtlığı yaranıb

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən "Nikoil Bank" ASC-nin filial şəbəkəsində nağd dollar qıtlığı yaranıb.

"Report"un verdiyi xəbərə görə, bankın 5 saylı filialında ("Xətai" metro stansiyası yaxınlığında) dollar sifariş edənlərə kassada nağd dollar olmadığını bildirirlər. Bununla əlaqədar pul köçürməsi almaq üçün banka müraciət edən müştərilərə göndərilən məbləği ancaq manatla ödəyə biləcəklərini deyiblər. Bu isə müştərinin məzənnə fərqində müəyyən məbləğin itirilməsinə səbəb olur.

Məsələ ilə bağlı baş ofisdən bildirilib ki, filiallarda belə bir problem yoxdur və hazırda bütün filiallarda nağd dollar kütləsi mövcuddur.

Qeyd edək ki, 2015-ci il yanvarın 1-nə olan məlumata əsasən, "Nikoil Bank" ASC ölkədə 21 filialla fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi