“Nikoil Bank”ın əmək haqqı layihəsinə maraq artır

“Nikoil Bank”ın əmək haqqı layihəsinə maraq artır Bu ilin I rübündə layihəyə ölkənin 200-dən artıq iri şirkəti qoşulub
Maliyyə
12 Aprel , 2017 10:16
“Nikoil Bank”ın əmək haqqı layihəsinə maraq artır

Bakı. 12 aprel. REPORT.AZ/ “Nikoil Bank” ASC-nin sadə, müasir, rahat və eyni zamanda sərfəli əmək haqqı layihəsi orta və iri şirkətlərin əməkdaşlarının əmək haqqı prosesini daha da sadələşdirəcək.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, 2017-ci ilin I rübündə “Nikoil Bank”ın əmək haqqı layihəsinə ölkənin 200-dən artıq iri şirkəti qoşulub: “Bu da özəl sahibkarlıq sektorunun Banka etimadından xəbər verir, həm şirkətə, həm də onun əməkdaşlarına sərfəlidir. Bu layihənin uğurla reallaşdırılmasının səbəbi qərarların operativ qəbul edilməsi, “Nikoi Bank”ın hər bir müştəriyə fərdi yanaşaraq onun hesablarının məxfilik və yüksək təhlükəsizliyinə zəmanət verməsidir". 

Layihənin üstünlükləri aşağıdakılardır.

- Sərfəli qiymət təklifləri;

- 24 saat ərzində plastik kartların alınması;

- Əmək haqqı kartlarının təmənnasız alınma imkanı (şirkətin əməkdaşlarının sayından asılı olaraq);

- Plastik kartların 3 ilə qədər müddətə verilməsi;

- SMS - bankinq xidməti;

- İnternet-bankinq xidməti vasitəsilə distant əməliyyatlarının aparılması;

- Müəssisənin ərazisinə bankomatın çatdırılması və quraşdırılması, bankomatın fasiləsiz işinin təmin olunması və xidmət olunması;

- Fasiləsiz rejimdə işləyən bankomatından əmək haqqının komissiyasız çıxarılması;

- Şirkətin əməkdaşlarına fərdi şərtlərlə kreditlərin təqdim edilməsi;

Xatırladaq ki, “Nikoil Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olmaqla və yaxud (012) 981 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Son xəbərlər

Orphus sistemi