"Nikoil Bank" I yarımildə 46 mln. manat zərər edib

"Nikoil Bank" I yarımildə 46 mln. manat zərər edib Bakı. 16 iyul. REPORT.AZ/ “Nikoil Bank” QSC-nin aktivləri illik müqayisədə 8,1% artaraq bu il iyulun 1-nə 446 473 min manata çatıb.
Maliyyə
16 İyul , 2018 09:44
Nikoil Bank I yarımildə 46 mln. manat zərər edib

Bakı. 16 iyul. REPORT.AZ/ “Nikoil Bank” QSC-nin aktivləri illik müqayisədə 8,1% artaraq bu il iyulun 1-nə 446 473 min manata çatıb.

“Report” bu barədə bankın yarımillik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat tarixinə Bankın kredit portfeli (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə məqsədli ehtiyatın ayrılmasından sonra xalis kreditlər) 207 978 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% çoxdur.

Son 1 ildə Bankın cəmi öhdəlikləri 5,7% artaraq 392 524 min manata, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 9,6% artaraq 257 077 min manata yüksəlib.

2018-ci il iyulun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) Banka qarşı 37 300 min manat tələbi olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,9% azdır.

İyunun sonuna Bankın nizamnamə kapitalı 245 mln. manat, cəmi kapitalı isə 53 949 min manat təşkil edib.

Bank bu ilin I yarısında 45 861 min manat zərər edib. Yanvar-iyun aylarında Bankın faiz gəlirləri 32 601 min manat, faiz xərcləri 8 339 min manat, qeyri-faiz gəlirləri 3 545 min manat, qeyri-faiz xərcləri 10 239 min manat təşkil edib. Beləliklə, bankın əməlıiyyat mənfəəti 17 569 min manat olub. Kredit təşkilatı 63 430 min manat xüsusi ehtiyat yaradıb.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə Bank 580 min manat mənfəət əldə edib. 

Son xəbərlər

Orphus sistemi