Yuxarı

"Nikoil Bank" filial şəbəkəsini genişləndirir

Bankın Nərimanov filialının açılış mərasimi keçirilib

Bakı. 17 mart. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin yeni, "Nərimanov" (keçmiş 10 saylı) filialının Təbriz küçəsi, 210c ünvanında açılış mərasimi keçirilib. Mərasimdə Bankın İdarə Heyətinin sədri Vasili Xamaza, İdarə Heyətinin üzvləri, filialların müdirləri və departament rəhbərləri iştirak ediblər. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, tam yenilənmiş filialda müştərilər üçün geniş əməliyyat zalı, rahat parkinq üçün yer, geniş konfrans zalı və VIP-müştərilər üçün xidmət şöbəsi yaradılıb. 

Bankın İdarə Heyətinin sədri V.Xamaza çıxışında qeyd edib ki, yeni filial universal olacaq və həm fərdi, həm də korporativ müştərilərə xidmət göstərəcək: "Yeni "Nərimanov" filialında müştəriləri yüksək səviyyəli və təkmilləşdirilmiş bütün bank xidmətlərinin çeşidi - hesablaşma-kassa, kreditləşmə, kommunal ödənişlər, plastik kart əməliyyatları, zəmanət, banklararası sənədli əməliyyatlar və milli və xarici valyutada həyata keçirilən digər əməliyyatlar gözləyir".

Qeyd edək ki, "Nikoil Bank" filial şəbəkəsini genişləndirməyi davam etdirir və hazırda Bankın filial şəbəkəsi Bakı, Sumqayıt, Xırdalan və Azərbaycanın bölgələrində yerləşən 21 satış məntəqəsindən ibarətdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi