Yuxarı

​"Nikoil Bank"da əhalinin əmanətlərinin həcmi artıb

İstahlak kreditləşməsində isə kəskin azalma müşahidə olunub

Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycan "Nikoil Bank" ASC-nin aktivləri illik 35,3% artaraq cari il yanvarın 1-nə 365,957 mln. manata çatıb. Aktivlərin 78,6%-ni əhatə edən kredit portfeli isə 28,6% artaraq 287,792 mln. manat olub.

"Report"un banka istinadən verdiyi xəbərə görə, kredit portfelinin 265,303 mln. manatı 12 aydan artıq, 22,489 mln. manatı isə 12 ayadək kreditlərin payına düşüb. Hesabat ilində istehlak kreditlərini həcmində kəskin azalma müşahidə edilib. İstehlak kreditləri 49,7% azalaraq 72,304 mln. manat olub. Bu müddətdə avtomobil kreditləşməsində azalma 27,5% təşkil edib və kreditləşmənin həcmi 62,591 mln. manat olub.

Kreditlərin 39,802 mln. manatının və ya 13,8%-nin vaxtı keçib. Bu da əvvəlki illə müqayisədə problemli kreditlərin həcminin 4,9% artmasını göstərir. İpoteka kreditləşməsi isə 78,9% artaraq cari il yanvarın 1-nə 30,117 mln. manata çatıb.

Hesabat ilində bankın depozit portfeli 40,4% artaraq ilin sonuna 211,491 mln. manat təşkil edib. Əhalinin əmanətlərinin həcmində isə 26,4% artım qeydə alınıb və əmanətlərin həcmi 164,776 mln. manat olub.

Cari il yanvarın 1-nə nizamnamə kapitalı 34,5 mln. manat, məcmu kapitalı 57,129 mln. manat təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi