​Neftin bahalaşmasına inanan investorların sayı azalıb

​Neftin bahalaşmasına inanan investorların sayı azalıb "Report": Yaxın 1-2 ayda neftin qiyməti 26-36 dollar/barel intervalında qalacaq
Maliyyə
22 Fevral , 2016 13:46
​Neftin bahalaşmasına inanan investorların sayı azalıb

Bakı. 22 fevral. REPORT.AZ/ Dünya bazarında hedc fondları tərəfindən neftin bahalaşması istiqamətində fyuçers kontraktlarının sayı azalıb. Rusiya ilə Səudiyyə Ərəbistanı tərəfindən hasilatın dondurulmasına dair müəyyən anlaşmanın əldə edilməsi ilə bağlı gözləntilərinə baxmayaraq, investorlar və treyderlərin neftin bahalaşmasına yatırdıqları vəsaitin həcmi son 7 ayda ən maksimal həcmdə azalıb. ABŞ-ın xammal fyuçersləri ilə Ticarət Komissiyasının hesabatına görə, fevralın 9-16-da WTI markalı neft üzrə investorların uzun mövqeləri 5,3% azalıb.

Kanadanın "TD Securities" investisiya şirkətinin Xammal strategiyası Departamentinin rəhbəri Bart Melekin "Bloomberg"ə verdiyi məlumata görə, Rusiya ilə S.Ərəbistanı arasındakı anlaşma həyata keçsə də, bu, neft bazarında təklifin həcminə təsir etməyəcək. Onun fikrincə, İran bazarda mövqelərini bərpa etmək üçün əlindən gələni edəcək.

Cümə günü isə ABŞ-da aktiv neft buruqlarının həftəlik ənənəvi sayı açıqlanıb. "Baker Hughes" şirkəti tərəfindən verilən hesabata görə, aktiv neft buruqlarının sayı fevralın 12-19-da 26 ədəd və ya 6% azalaraq 413 təşkil edib.

"Report"un analitik qrupu hesab edir ki, müxtəlif istiqamətli neft xəbərlərinin açıqlanması neftin qiymətinin müəyyən diapazonda qalmasına səbəb olub. Belə ki, neftin yaxın 1-3 ayda 26-36 dollar/barel intervalında qalacağı ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi