Neft Fondu ötən il “Cənub Qaz Dəhlizi” layihəsi üçün 797 mln. manat xərcləyib

Neft Fondu ötən il “Cənub Qaz Dəhlizi” layihəsi üçün 797 mln. manat xərcləyib Bu barədə məlumat Azərbaycan Prezidentinin təsdiqlədiyi ARDNF-in 2016-cı il xərcləri üzrə büdcəsində yer alıb
Maliyyə
1 May , 2017 18:58
Neft Fondu ötən il “Cənub Qaz Dəhlizi” layihəsi üçün 797 mln. manat xərcləyib

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ötən il “Cənub Qaz Dəhlizi” (SGC) layihəsinin maliyyələşməsi üçün 797 427,6 min manat ayırıb.

“Report” xəbər verir ki, bu barədə məlumat Azərbaycan Prezidentinin təsdiqlədiyi ARDNF-in 2016-cı il xərcləri üzrə büdcəsində yer alıb.

Məlumata görə, Neft Fondu 2016-cıl ildə Türkiyədə “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın payının maliyyələşdirilməsi üçün 331 776,0 min manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi üçün isə 66 174,5 min manat xərcləyib.

ARDNF-in qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi üçün ayırdığı vəsaitin həcmi isə 89 994,9 min manat olub.

Son xəbərlər

Orphus sistemi