AMB: ​"NBC Bank"ın lisenziyası bərpa edilib

AMB: ​"NBC Bank"ın lisenziyası bərpa edilib Sabahdan "NBC Bank" fəaliyyətini bərpa edəcək
Maliyyə
2 Fevral , 2016 17:10
AMB: ​NBC Bankın lisenziyası bərpa edilib

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) 1 fevral 2016-cı il tarixli qərarı ilə "NBC Bank" ASC-nin lisenziyası bərpa olunub. "Report" xəbər verir ki, bu barədə "NBC Bank"ın rəsmi saytında məlumat verilib.

Məlumata görə, artıq sabah, fevralın 3-dən "NBC Bank" bütün bank əməliyyatlarını bərpa edəcək.

Qeyd edək ki, AMB-dən "Report"a bu xəbəri təsdiq ediblər.

Xatırladaq ki, AMB İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “NBC Bank” ASC-nin bank lisenziyaları ləğv edilib. Yanvarın 26-dan isə Banka müvəqqəti inzibatçı təyin edilib.

Son xəbərlər

Orphus sistemi