"NBC Bank"ın aktivləri bu il 12% azalıb

"NBC Bank"ın aktivləri bu il 12% azalıb Bank ilin 9 ayını 1,4 mln. manaty zərərlə başa vurub
Maliyyə
21 Noyabr , 2016 17:25
NBC Bankın aktivləri bu il 12% azalıb

Bakı. 21 noyabr. REPORT.AZ/ "NBC Bank" ASC-nin cəmi aktivləri ilin əvvəlindən 11,9% azalaraq bu il, oktyabrın 1-nə 147,44 mln. manata düşüb. Bu barədə "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir.

9 ay ərzində "NBC Bank"ın kredit portfeli 18,5% azalaraq 124,68 mln. manat təşkil edib. Bankın vaxtı keçmiş kreditləri isə 51,5% artaraq 13,463 mln. manata çatıb. Problemli kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi isə 4,99% bəndi artaraq 10,8%-ə yüksəlib.

Yanvar-sentyabrda "NBC Bank"ın depozit portfeli 32,7% azalaraq 67,835 mln. manat olub. 

Bu müddətdə Bankın nizamnamə kapitalı 37,5% artaraq 64 mln. manata, məcmu kapital isə 43,5% artaraq 52,266 mln. manata çatıb.olub.

"NBC Bank" ilin 9 ayını 1,415 mln. manat xalis zərərlə başa vurub. Bu müddətdə onun faiz gəlirləri 12,684 mln. manat, qeyri-faiz gəlirləri 2,292 mln. manat, faiz xərcləri 5,724 mln. manat, qeyri-faiz xərcləri isə 4,675 mln. manat təşkil edib. 

Xatırladaq ki, "NBC Bank" 1992-ci ildə "Ruzu" səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Hazırda Bankın dövriyyədə hər birinin nominal dəyəri 268,8 manat olan 238 096 səhmi var. Səhmlərin 65,91%-i Bankın daxil olduğu "Nurgün Group" MMM-in prezidenti Nuru Yaşar oğlu Əliyevə, 6,42%-i Aynur Əhməd qızı Kamalovaya, yenə də 6,42%-i Aysel Yusif qızı Usubovaya, 6,16%-i Nüşabə Yaşar qızı Səfiyevaya, 6,02%-i adı çəkilən holdinqə, 4,3%-i Surxay Tofiq oğlu Əhmədova, 2,72%-i "Caspian Insurance Co." MMM-ə, 1,02%-i Elnur Müşfiq oğlu Səfiyevə, yenə də 1,02%-i isə Nicat Müşfiq oğlu Səfiyevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi