Nazir müavini: "Maliyyə bazarlarına çıxış hələ də çətindir"

Nazir müavini: "Maliyyə bazarlarına çıxış hələ də çətindir" Sahil Babayev: "Azərbaycanda ixrac şaxələndirilməlidir"
Maliyyə
8 İyun , 2017 12:14
Nazir müavini: Maliyyə bazarlarına çıxış hələ də çətindir
Report.az

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycanda maliyyə bazarlarına çıxış hələ də çətindir, buna görə də investorlar vəsaitlərini səhmlərə qoyurlar.

"Report"un verdiyi xəbərə görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib. 

O, həmçinin deyib ki, hazırda ölkədən ixracın stimullaşdırılması tədbirləri davam etdirilir və bu sahədə şaxələndirməyə ehtiyac var: "Azərbaycanda son 2 ildə islahatlar aparılıb və onları nəticəsini verir. Bu ilin ilk dörd ayı ərzində Azərbaycanın qeyri-neft məhsullarının ixracı 26%, o cümlədən aqrar məhsulların ixracı 44%, sənaye məhsullarının ixracı 15% artıb. Bununla belə, hazırda ixracın 85%-i neft və neft məhsullarının payına düşür. Ona görə də ixracın diversifikasiyasına ehtiyac var. Biz rəqabətqabiliyyətli və yüksək keyfiyyətli məhsul istehsal etməliyik. Rusiya, Qazaxıstan, Çin, Körfəz ölkələri və Avropa bazarlarına bir çox məhsullar çıxara bilərik".

Son xəbərlər

Orphus sistemi