Nazir: "Bu il manat 10% möhkəmlənib"

Nazir: "Bu il manat 10% möhkəmlənib" Samir Şərifov: "İcmal büdcədə 1,2% profisit əldə olunub"
Maliyyə
21 Noyabr , 2017 13:16
Nazir: Bu il manat 10% möhkəmlənib
Maliyyə naziri Samir Şərifov / Report

Bakı. 21 noyabr. REPORT.AZ/ Cari ilin əvvəlindən Azərbaycan milli valyutasının məzənnəsi möhkəmlənib.

"Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bugünkü plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib.

"Bu müddətdə manatın ABŞ dollarına münasibətdə məzənnəsində 10 faiz möhkəmlənmə qeydə alınıb", -  nazir deyib.

S.Şərifov qeyd edib ki, bu ilin əvvəli ilə müqayisədə iqtisadi geriləminin sürəti azalıb: "Valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, fiskal tədbirlər hesabına 9 ayda icmal büdcənin kəsiri daralıb, əksinə, 1,2 faiz profisit əldə olunub".

Son xəbərlər

Orphus sistemi