Yuxarı

​Nazir: "Azərbaycan bu il büdcəni profisitlə icra edəcək"

Samir Şərifov hesab edir ki, neftin ucuzlaşmasına baxmayaraq, büdcənin icrasında artım olacaq

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsinin profisitlə icra olunacağı gözlənilir. "Report"un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bildirib: "Bu il dövlət büdcəsi profisitlə icra olunacaq. Bu il dövlət büdcəsinin icrası yüksək səviyyədə olacaq".

Onun sözlərinə görə, son aylar ərzində dünya neft bazarında qiymətlərin aşağı düşməsinə baxmayaraq, dövlət büdcəsinin icrasında hər hansı problem gözlənilmir: "Çox güman ki, dövlət büdcəsi profisitlə icra olunacaq. Bu ilin büdcəsində vəziyyət çox yaxşıdır. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, büdcənin icrasında artım olacaq".

Xatırladaq ki, Azərbaycanın 2014-cü il dövlət büdcəsinin gəlirləri 18 384 mln. manat, xərcləri 20 063 mln. manat, kəsiri isə 1 679 mln. manat həcmində proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi