Yuxarı

Naxçıvanda vergilər üzrə müəyyənləşdirilmiş proqnoz 120,2 faiz icra edilib

Naxçıvanda vergilər üzrə müəyyənləşdirilmiş proqnoz 120,2 faiz icra ed

27

2019-cu ilin oktyabrında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz 120,2 faiz icra edilib. Bu barədə "Report" muxtar respublikanın Vergilər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, daxil olmuş vəsaitlərin mənbəyinə gəldikdə isə onların 35,8 faizi dövlət sektorunun, 64,2 faizi isə özəl sektorun payına düşüb.

Bu dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 162,4 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 150,6 faiz əməl edilib. İstər vergilər, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilib.

Vergilər Nazirliyinin "bir pəncərə" qeydiyyat sistemi vasitəsilə oktyabrda 3 kommersiya hüquqi şəxs və 335 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan fiziki şəxslərin 70,4 faizi muxtar respublika rayonlarının payına düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi