Naxçıvanda bankların verdiyi kreditlərin həcmi 50%-dən çox artıb

Naxçıvanda bankların verdiyi kreditlərin həcmi 50%-dən çox artıb Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 34,638 mln manat məbləğində kreditlər verilib.
Maliyyə
21 İyun , 2019 15:42
Naxçıvanda bankların verdiyi kreditlərin həcmi 50%-dən çox artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 34,638 mln manat məbləğində kreditlər verilib.

“Report”un Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 11,747 mln manat və ya 51,3% çoxdur.

Verilmiş kreditlərin 5,101 mln manatı və yaxud 14,7%-i qısamüddətli, 29,537 mln manatı və yaxud 85,3%-i uzunmüddətli kreditlər olub.

Bir il əvvəlki dövrlə müqayisədə qısamüddətli kreditlərin həcmi 2,795 mln manat və ya 2,2 dəfə artıb.

2018-ci ilin yanvar-may ayları ilə müqayisədə uzunmüddətli kreditlərin həcmi isə 8,952 mln manat və ya 43,5% artıb. 

Son xəbərlər

Orphus sistemi