Naxçıvanda özəl sektor üzrə daxilolmalar ötən illə müqayisədə 20,6 faiz artıb

Naxçıvanda özəl sektor üzrə daxilolmalar ötən illə müqayisədə 20,6 faiz artıb Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoza 108,7 faiz icra edilib. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,8 faiz çoxdur.
Maliyyə
12 İyul , 2019 22:14
Naxçıvanda özəl sektor üzrə daxilolmalar ötən illə müqayisədə 20,6 faiz artıb

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoza 108,7 faiz icra edilib. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,8 faiz çoxdur.

“Report” xəbər verir ki, bu barədə muxtar respublikanın vergilər naziri Azər Nağıyev bildirib.

O, qeyd edib ki, ümumilikdə muxtar respublika üzrə daxil olmuş vəsaitlərin 36,8 faizi dövlət, 63,2 faizi isə özəl sektorun payına düşür. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 20 min 300 manat və ya 20,6 faiz artıb ki, bu da sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinin nəticəsidir. Belə ki, muxtar respublikanın rayonlarında kiçik və orta sahibkarlığın fəaliyyətinin güclənməsi bu sahədə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artımına səbəb olub.

Vergilər Nazirliyinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə hesabat dövrü ərzində 20 kommersiya hüquqi şəxs, 2327 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 72,7 faizi muxtar respublikanın rayonlarının payına düşür. 

Son xəbərlər

Orphus sistemi