Yuxarı

Bu il Naxçıvanda açılan bank hesablarının sayı 26% azalıb

Naxçıvanda bank hesablarının sayı necə dəyişib?

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu ilin 1 dekabr tarixinə Naxçıvan Muxtar Respublikasının banklarında açılmış bank hesablarının sayı 79 943-ə çatıb.

“Report”un Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 16 375 ədəd və ya 25,76% çoxdur. Bu hesabların da 70 542-si və ya 88,2%-i aktiv hesablardır.

Bu ilin yanvar-noyabr aylarında banklarda 17 747 hesab açılıb ki, bu dea 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 6 368 və ya 26,41% azdır. Bunun da 17 611-i aktiv hesablar olub.

Bu ilin 11 ayında muxtar respublikada quraşdırılmış POS-terminalların sayı bu ilin 1 dekabr tarixinə 1 272-yə çatıb ki, bu da ötən illə müqayisədə 12 ədəd və 0,68% POS-terminal çoxdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi