Naxçıvanda banklarda açılmış bank hesablarının sayı 20% artıb

Naxçıvanda banklarda açılmış bank hesablarının sayı 20% artıb Bu ilin aprelin 1-nə Naxçıvan Muxtar Respublikasının banklarında açılmış bank hesablarının sayı 80 772-yə çatıb.
Maliyyə
23 Aprel , 2019 11:38
Naxçıvanda banklarda açılmış bank hesablarının sayı 20% artıb

Bu ilin aprelin 1-nə Naxçıvan Muxtar Respublikasının banklarında açılmış bank hesablarının sayı 80 772-yə çatıb.

“Report”un Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin aprelin 1-nə olan dövrlə müqayisədə 13 150 sayda və ya 19,44% bank hesabı çoxdur. 

Bu bank hesablarının 71 640-ı və ya 88,7%-i aktiv hesablardır.

Bu ilin yanvar-mart aylarında açılmış 4 408 bank hesabının 4 378-i aktiv hesablar olub.

Bu ilin aprelin 1-nə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 272-yə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 ədəd və ya 0,55% çoxdur.

Son xəbərlər

Orphus sistemi