“Naxçıvanbank”ın aktivləri 33% artıb

“Naxçıvanbank”ın aktivləri 33% artıb Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanın yeganə regional bankı – “Naxçıvanbank” ASC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 126,407 mln. manat ...
Maliyyə
23 Fevral , 2017 11:15
“Naxçıvanbank”ın aktivləri 33% artıb

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanın yeganə regional bankı – “Naxçıvanbank” ASC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 126,407 mln. manat təşkil edib. “Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 33% çoxdur.

“Naxçıvanbank”ın aktivlərinin 61,6 mln. manatını və yaxud 48,7%-ni müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən il Bankın kredit portfeli 16,5% genişlənib.

Ötən ilin yekununda “Naxçıvanbank”ın vaxtı keçmiş kreditləri isə 2,943 mln. manat olub. Bu, Bankın məcmu kredit portfelinin 4%-i deməkdir.

Son bir ildə “Naxçıvanbank”ın cəmi öhdəlikləri 63,4% artaraq 57,528 mln. manat olub. Bunun 42,5%-i və yaxud 24,471 mln. manatı Bankın depozit portfelinin payına düşüb.

Bu ilin əvvəlinə “Naxçıvanbank”da əhalinin əmanətləri olmayıb. Həmçinin, Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliklər 0-a bərabər olub.

Hesabat ilində “Naxçıvanbank”ın cəmi kapitalı 15,1% artaraq 68,878 mln. manata, o cümlədən nizamnamə kapitalı 16,6% artaraq 59,405 mln. manata çatıb.

Ötən il ərzində kredit təşkilatının faiz gəlirləri 5,635 mln. manat (2015-ci ilə nisbətən 3,8% çox), faiz xərcləri 196 min manat (62% çox), qeyri-faiz gəlirləri 7,051 mln. manat (2,7% çox), qeyri-faiz xərcləri isə 2,984 mln. manat (8,15% çox) təşkil edib. Son nəticədə, ötən il Bankın xalis əməliyyat mənfəəti 9,507 mln. manat olub ki, bu da əvvəlki ilə nisbətən 1% çoxdur.

“Naxçıvanbank” aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 2015-ci illə müqayisədə 13,7% az - 834 min manat yönəldib, əvvəlki ilə nisbətən 41,7 dəfə çox – 250 min manat isə mənfəət vergisi ödəyib. Bununla da Bank 2016-cı ili 8,423 mln. manat xalis mənfəətlə başa vurub. Bu isə əvvəlki illə müqayisədə 0,2% azdır.

Xatırladaq ki, “Naxçıvanbank” 2008-ci ildə yaradılıb. Bankın səhmdarları 4 fiziki şəxsdir.

Son xəbərlər

Orphus sistemi