“Naxçıvanbank” bu il 4 mln. manatdan çox mənfəət əldə edib

“Naxçıvanbank” bu il 4 mln. manatdan çox mənfəət əldə edib Bakı. 10 oktyabr. REPORT.AZ/ “Naxçıvanbank” ASC-nin aktivləri illik müqayisədə 43% artaraq 2018-ci il oktyabrın 1-nə 194 863 min manata çatıb.
Maliyyə
10 Oktyabr , 2018 15:56
“Naxçıvanbank” bu il 4 mln. manatdan çox mənfəət əldə edib
0 : 00
0 : 00

Bakı. 10 oktyabr. REPORT.AZ/ “Naxçıvanbank” ASC-nin aktivləri illik müqayisədə 43% artaraq 2018-ci il oktyabrın 1-nə 194 863 min manata çatıb.

“Report” bu barədə bankın yarımillik maliyyə hesabatına istinadən xəbər verir.

Bu müddətdə bankın kredit portfeli (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) 6% artaraq 67 400 min manata yüksəlib.

2018-ci il oktyabrın 1-nə bankın cəmi öhdəlikləri illik 84% artaraq 117 603 min manat, o cümlədən depozit portfeli 2,6 dəfə artaraq 75 937 min manat olub. Bildirək ki, 2018-ci il oktyabrın 1-nə əsasən bankın Azərbaycan Mərkəzi Bankı(AMB) qarşısında öhdəliyi yaranmayıb. Hesabat dövrünün sonuna bankın nizamnamə kapitalı 67 830 min manat, cəmi kapitalı 77 260 min manat təşkil edib.

Bank yanvar-sentyabr ayları ərzində 4 431 min manat mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur. Bu ilin yanvar-sentyabr aylarında bankın faiz gəlirləri 5 081 min manat, faiz xərcləri 318 min manat, qeyri-faiz gəlirləri 2 701 min manat, qeyri-faiz xərcləri 2 491 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi