Naxçıvan banklarında açılmış hesabların sayı 81 mini keçib

Naxçıvan banklarında açılmış hesabların sayı 81 mini keçib Bu il mayın 1-nə Naxçıvan MR-in banklarında açılmış hesabların sayı 81 094-ə çatıb.
Maliyyə
21 May , 2019 17:44
Naxçıvan banklarında açılmış hesabların sayı 81 mini keçib

Bu il mayın 1-nə Naxçıvan MR-in banklarında açılmış hesabların sayı 81 094-ə çatıb. 

“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 337 vahid və yaxud 16,2% çoxdur. 

Bunun da 71 777-si və yaxud 88,5%-i aktiv hesablardır.

Təkcə bu ilin yanvar-aprel aylarında Naxçıvanda 6 769 bank hesabı açılıb ki, bu da illik müqayisədə 1 638 vahid və yaxud 31,9% çoxdur. 

Bunun isə 6 739-u aktiv hesablardır. 

Son 1 ildə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı isə 9 ədəd və yaxud 0,7% artaraq bu il mayın 1-nə 1 275-ə çatıb. 

Son xəbərlər

Orphus sistemi