“Naxçıvan Bank”ın mənfəəti azalıb

“Naxçıvan Bank”ın mənfəəti azalıb “Naxçıvan Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 4,404 milyon manat mənfəətlə başa vurub.
Maliyyə
14 Oktyabr , 2019 13:36
“Naxçıvan Bank”ın mənfəəti azalıb

“Naxçıvan Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 4,404 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,6% azdır.

9 ay ərzində “Naxçıvan Bank”ın gəlirləri 8,341 milyon manat (illik müqayisədə 7,2% çox), xərcləri 3,218 milyon manat (14,6% çox), xüsusi ehtiyatlara ayırmaları isə 718 min manat (32,2% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Naxçıvan Bank”ın aktivləri 209,361 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,4% çoxdur. Bunun 83,897 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 24,5% böyüyüb.

Hesabat dövründə “Naxçıvan Bank”ın öhdəlikləri 7,4% artaraq 126,303 milyon manata, o cümlədən depozit portfeli 3,8% artaraq 78,828 milyon manata, balans kapitalı isə 7,5% artaraq 83,058 milyon manata çatıb.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 67,83 milyon manatdır. Bankın səhmdarları 4 fiziki şəxsdir. 

Son xəbərlər

Orphus sistemi