IMF-in Azərbaycan üzrə missiyasına yeni rəhbər təyin edilib - EKSKLÜZİV

IMF-in Azərbaycan üzrə missiyasına yeni rəhbər təyin edilib - EKSKLÜZİV Natalia Tamirisa IMF-nın Azərbaycan üzrə missiyanın rəhbəri olaraq vəzifəsinin icrasına başlayıb
Maliyyə
15 Mart , 2019 13:41
IMF-in Azərbaycan üzrə missiyasına yeni rəhbər təyin edilib - EKSKLÜZİV
0 : 00
0 : 00

Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyanın rəhbəri vəzifəsinə Natalia Tamirisa təyin edilib.

Bunu “Report”a fondun Bakı ofisinin rəhbəri Ağgün Qədirli bildirib.

O deyib ki, Natalia Tamirisa IMF-IN Azərbaycan üzrə missiyanın rəhbəri olaraq vəzifəsinin icrasına 2019-cu ilin yanvar ayından başlayıb: "Təyinatı barədə Azərbaycan tərəfi xəbərdar edilmişdi”. 

A.Qədirli yeni rəhbərin rəsmi təqdimatının tarixini açıqlamayıb.

Qeyd edək ki, missiyanın əvəvlki rəhbəri Məhəmməd əl Qorçu həmin vəzifədə 2015-ci il noyabrın 10-dan çalışıb.

Bakı ofisinin rəhbəri həmçinin N.Tamirisanın fondun Yaxın Şərq və Mərkəzi Asiya ölkələri Departamentinin müşaviri olduğunu diqqətə çatdırıb: “Yaxın Şərq və Mərkəzi Asiya Departamentində bir neçə il ərzində regional tədqiqatlar şöbəsinin başçısı işlədiyinə görə Qafqaz və Mərkəzi Asiya regionlarındakı iqtisadi vəziyyətə yaxından bələd olan Tamirisa IMF-də çalışdığı 20 il ərzində iqtisadi siyasətə dair bir çox mövzunu, o cümlədən “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı icmalları, erkən xəbərdarlıq çalışmalarını işləyib. Həmçinin Çex Respublikası, Avrozona, Malayziya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Türkmənistanda çalışmış N.Tamirisanın elmi məqalələri beynəlxalq kapital axınları, makroiqtisadi proqnoz kimi mövzuları əhatə edir. Havayi Universitetində iqtisadi elmlər namizədi elmi dərəcəsi əldə edib”.

1992-ci il sentyabrın 18-dən IMF-in üzvü olan Azərbaycan 2006-cı ildən etibarən bu təşkilatdan kredit almayaraq məsləhətləşmələr və maktoiqtisadi siyasətlə bağlı texniki missyalar çərçivəsində əməkdaşlıq edir.

İlahə Məmmədli

Son xəbərlər

Orphus sistemi