Nabiullina: "Rusiyanı 3 mürəkkəb il gözləyir"

Nabiullina: "Rusiyanı 3 mürəkkəb il gözləyir" Proqnoz: Neftin qiymətinin 25 dollar/barelə düşmə ehtimalı var
Maliyyə
15 Noyabr , 2016 14:56
Nabiullina: Rusiyanı 3 mürəkkəb il gözləyir

Bakı. 15 noyabr. REPORT.AZ/ "Yaxın 3 ildə daxili və xarici şərtlər Rusiya iqtisadiyyatı üçün mürəkkəb qalmaqda davam edəcək." 

"Report"un "Vestifinance" saytına istinadən verdiyi xəbərə görə, bunu Rusiya Bankının (RMB, Mərkəzi Bank) rəhbəri Elvira Nabiullina bildirib. Baş bankir qeyd edib ki, əgər hökumət iqtisadiyyatda srtruktur islahatları aparmasa, mümkün ÜDM artımı 2%-dən aşağı olacaq.

E.Nabiullinanın sözlərinə görə, iqtisadiyyatın canlanması 2008-2009-ci illərin maliyyə böhranından fərqli olaraq daha uzun müddətə yayıla bilər. Bununla bərabər, MB 2017-ci ildə Rusiya iqtisadiyyatının az da olsa artacağını proqnozlaşdırır.

"Mərkəzi Bankın proqnozlarına görə, yaxın 3 ildə neftin qiyməti 40 dollar/barel səviyyəsində qalacaq. Amma onun 25 dollar/barelə qədər enmə ehtimalı da var. RMB bu ehtimalın az olduğunu bildirsə də, bunu həmişə ehtiyatda saxlayır. Belə bir ssenari həyata keçərsə, 2017-2018-ci ildə iqtisadi durğunluq davam edəcək. Lazım gələrsə, MB maliyyə sabitliyinin qorunması məqsədi ilə valyuta intervensiyaları həyata keçirəcək", - deyə E.Nabiullina bildirib.

Baş bankir Rusiyaya qarşı tətbiq olunan sanksiyaların davam edəcəyini və dünya iqtisadiyyatının yavaş artım göstərəcəyini proqnozlaşdırdıqlarını qeyd edib. O, 2016-cı ildə Rusiyadan kapital axınının 20 mlrd. ABŞ dollarından az olacağını söyləyib.

Son xəbərlər

Orphus sistemi