"myAccess" mobil bankçılıq tətbiqi istifadəyə verilib

"myAccess" mobil bankçılıq tətbiqi istifadəyə verilib Artıq "Accessbank"ın müştəriləri istənilən vaxt əməliyyatlarını smartfonla həyata keçirə bilərlər
Maliyyə
3 Aprel , 2017 13:51
myAccess mobil bankçılıq tətbiqi istifadəyə verilib

Bakı. 3 aprel. REPORT.AZ/ “Accessbank” QSC yeni, “myAccess” mobil bankçılıq tətbiqini müştərilərin istifadəsinə verib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Açıqlamada deyilir ki, "Android" və "İOS" platformaları üçün hazırlanan “myAccess” tətbiqi müştərilərə bank əməliyyatlarını olduqca asan və rahat şəkildə həyata keçirməyə imkan yaradır.

“Həyat tərzi sürətlə dəyişir, artıq smartfonlar insanların şəxsi və işgüzar həyatının ayrılmaz bir hissəsinə çevrilir. Təbii olaraq rəqəmsal texnoloqiyalar inkişaf etdikcə xidmət kanalları da dəyişir. Son illərin təcrübəsi göstərir ki, Bankımızın "online banking" istifadəçilərinin sayı sürətlə artdıqca, insanların əyani şəkildə bank xidmətlərini əldə etmək tələbatı azalır. Rəqəmsal bankçılıq sayəsində Bankın coğrafi əhatəsi genişlənir, məhsul və xidmətləri müştərilərin olduğu yerdən asılı olmayaraq onlara daha yaxın və əlçatan olur. Biz anlayırıq ki, bank xidmətlərinin rəqəmsal kanallarla çatdırılmasını və xidmət şəbəkəsinin transformasiyasını fəal şəkildə həyata keçirən və biznes-modelini dəyişən banklar gələcəkdə daha üstün mövqedə olacaq”, - deyə "Accessbank"ın İdarə Heyətinin sədr müavini Anar Həsənov bildirib.

Qeyd edək ki, əməliyyatların yüksək təhlükəsizliyini təmin edən “myAccess” mobil bankçılıq xidməti yeni funksiyalar əlavə olunmaqla daim yenilənəcək. “myAccess” tətbiqini artıq “App Store” və “Google Play”dən yükləmək mümkündür.

Xatırladaq ki, “Accessbank” 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), "KfW", “LFS Financial Systems GmbH.” adlı alman konsaltinq şirkəti və “AccessHolding” tərəfindən yaradılıb. “Accessbank” müştərilərə tam çeşidli bank xidmətləri təqdim edir.   

Son xəbərlər

Orphus sistemi