“Access Bank”ın sədri: “Müştərilərimizin əksəriyyəti valyuta risklərindən sığortalıdır”

“Access Bank”ın sədri: “Müştərilərimizin əksəriyyəti valyuta risklərindən sığortalıdır” “2018-ci ildə “Access Bank” QSC depozit portfelini 47 mln. manat artıraraq 555 mln. manata çatdırıb. 2019-cu ilin yanvar-fevral aylarında isə Banka əlavə 75 mln. manat depozit cəlb edilib”.
Maliyyə
14 Mart , 2019 11:15
“Access Bank”ın sədri: “Müştərilərimizin əksəriyyəti valyuta risklərindən sığortalıdır”

“2018-ci ildə “Access Bank” QSC depozit portfelini 47 mln. manat artıraraq 555 mln. manata çatdırıb. 2019-cu ilin yanvar-fevral aylarında isə Banka əlavə 75 mln. manat depozit cəlb edilib”.

“Report” xəbər verir ki, bunu “Access Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.

“Azərbaycanda milli valyutaya inam artıb. Depozitlərin əksər hissəsi manatla yerləşdirilib. Bu isə banka manatla kreditləşməni inkişaf etdirməyə imkan verir. Hazırda kredit portfelinin 97%-i manatladır. Yəni, valyuta məzənnələrində dəyişiklik olsa belə, müştərilərimizin əksəriyyəti valyuta risklərindən sığortalıdır”, - o qeyd edib.

Bundan başqa, Anar Həsənovun sözlərinə görə, hazırda Azərbaycanda biznes strukturlarına verilən mikro kreditlərin 216 mln. manatı və yaxud 57%-i “Access Bank”ın payına düşür. Bunun isə 70 mln. manatı aqrar sektora yönəlib. 

Son xəbərlər

Orphus sistemi