Müsəlmanların qızıla sərmayə yatırmasına icazə veriləcək

Müsəlmanların qızıla sərmayə yatırmasına icazə veriləcək İslam Maliyyə İnstitutlarının Mühasibatlıq və Audit Təşkilatı xüsusi qızıl standardları hazırlayıb
Maliyyə
31 Mart , 2017 13:57
Müsəlmanların qızıla sərmayə yatırmasına icazə veriləcək
Courtesy İmage

Bakı. 31 mart. REPORT.AZ/ Dünyanın ən böyük investisiya fondlarından olan "Templeton"un sahibi Mark Mobius qızıl aktivləri üçün yeni bazarların açılmasını mümkün sayır. 

"Report" Dünya Qızıl Şurasına istinadən xəbər verir ki, İslam Maliyyə İnstitutlarının Mühasibatlıq və Audit Təşkilatı, Dünya Qızıl Şurasının dəstəyi ilə İslam Qızıl Standardlarını işləyib hazırlayıb. Bu standardlar müsəlman dünyasının qızıla investisiya etməsinə imkan yaradacaq. Əgər əvvəllər şəriət qaydalarına görə, qızıla investisiya etmək qadağan idisə, yeni standartlar tam şəkildə buna icazə verəcək. 

M.Mobius yeni standartların qızıl bazarında vəziyyəti dəyişəcəyinə inanır. Dəyişikliklər islam maliyyələşməsinin güclü olduğu Səudiyyə Ərəbistanı, BƏƏ və Malayziyada qızıla tələbatı kəskin artıracaq. İslam Maliyyə Stabilliyi Şurasına görə, islam maliyyələşməsi fondlarının aktivlərinin 2020-ci ilə qədər 6,5 trln. ABŞ dollarına yüksəlməsi gözlənilir. M.Mobius bu vəsaitin 1%-nin 65 mlrd. dollar təşkil etdiyini və 1 700 ton qızıla bərabər olduğunu xatırladıb.

Son xəbərlər

Orphus sistemi