"Muğanbank" nizamnamə kapitalını necə artıracağını açıqlayıb

"Muğanbank" nizamnamə kapitalını necə artıracağını açıqlayıb Kapital artımına kənar investor cəlb edilməyəcək
Maliyyə
25 Avqust , 2016 16:25
Muğanbank nizamnamə kapitalını necə artıracağını açıqlayıb

Bakı. 25 avqust. REPORT.AZ/ "Muğanbank" ASC-nin nizamnamə kapitalının 10 mln. manat və yaxud 18,2% artırılaraq 65 mln. manata çatdırılması əlavə səhm emissiyası hesabına reallaşdırılacaq. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, kapitalı artırmaq üçün "Muğanbank" dövriyyəyə hər birinin nominal dəyəri 200 manat olan əlavə 50 000 səhm buraxacaq. Yeni səhmləri Bankın mövcud səhmdarları proporsional qaydada alacaqlar. Yəni, səhmdarların pay bölgüsündə dəyişiklik olmayacaq və bu prosesə kənar investorun cəlb edilməsi nəzərdə tutulmayib.

Xatırladaq ki, "Muğanbank" 1992-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 55 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 275 000 səhm əsasında formalaşıb. Səhmlərin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyev (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyeva, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi