​"Muğanbank" nizamnamə kapitalını artırır

​"Muğanbank" nizamnamə kapitalını artırır "Muğanbank"ın yeni səhm emissiyası dövlət qeydiyyatına alınıb
Maliyyə
4 İyun , 2015 17:34
​Muğanbank nizamnamə kapitalını artırır

Bakı. 4 iyun. REPORT.AZ/ "Muğanbank" ASC nizamnamə kapitalını 10,4% artırmaq qərarına gəlib.

"Report"un Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Komitə tərəfindən “Muğanbank"ın kütləvi təklif üsulu ilə yerləşdirilən hər birinin nominal dəyəri 200 manat olan 23 471 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınıb. Emissiyanın ümumi həcmi 4 694,2 min manat təşkil edir.

Qeyd edək ki, cari il yanvarın 1-nə bankın nizamnamə kapitalı 45 305,8 min manat, məcmu kapitalı 54 055,7 min manat təşkil edib. Bu da onu göstərir ki, səhm emissiyası tam yerləşdiriləndən sonra bankın nizamnamə kapitalı 50 mln. manat həddini keçəcək.

Son xəbərlər

Orphus sistemi