​"Muğanbank"ın yeni şöbələri açılıb

​"Muğanbank"ın yeni şöbələri açılıb Bakı və Sumqayıt şəhərlərində açılan yeni şöbələrdə fiziki və hüquqi şəxslərə xidmət göstəriləcək
Maliyyə
29 Dekabr , 2015 16:29
​Muğanbankın yeni şöbələri açılıb

Bakı. 29 dekabr. REPORT.AZ/ "Muğanbank" ASC-nın üç yeni şöbəsi fəaliyyətə başlayıb. Bu barədə "Report"a bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı və Sumqayıt şəhərlərində açılan yeni şöbələrdə fiziki və hüquqi şəxslərə xidmət göstərmək, onlara hesab açılması, depozitlərin qəbulu, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. xidmətlər təklif edilir.

Yeni açılmış 2 saylı şöbə Bakı şəhəri, Yasamal rayonu, məhəllə 528, Ələsgər Ələkbərov küçəsi,E ünvanında, 3 saylı şöbə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 6, mənzil 61 ünvanında və 8 saylı şöbə Sumqayıt şəhəri, III mikrorayon, H.Əliyev prospekti,56C ünvanında yerləşir.

Qeyd edək ki, "Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb və hazırda bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə xidmət göstərir. “Muğanbank” ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), "WorldBusiness Capital, Inc." (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), "The Green for Growth Fund, Southeast Europe" (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi