“Muğanbank”ın yeni səhm emissiyası qeydə alınıb

“Muğanbank”ın yeni səhm emissiyası qeydə alınıb Emissiya baş tutarsa, bankın nizamnamə kapitalı 15%-dən çox artacaq
Maliyyə
1 Dekabr , 2016 17:07
“Muğanbank”ın yeni səhm emissiyası qeydə alınıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “Muğanbank” ASC-nin yeni səhm emissiyasını AZ1001005466 nömrəsi ilə dövlət qeydiyyatına alıb. 

Bu barədə “Report”a palatadan bildirilib.

Məlumata görə, emissiya hər birinin nominal dəyəri 200 manat olan 50 min adi səhminin (10 mln. manatlıq) buraxılışını nəzərdə tutur. Səhmlər qapalı üsulla yerləşdiriləcək. Emissiya baş tutarsa, "Muğanbank"ın nizamnamə kapitalı 15,38% və yaxud 10 mln. manat artaraq 75 mln. manata çatacaq.

Xatırladaq ki, "Muğanbank" 1992-ci ildə yaradılıb. Hazırda Bankın dövriyyədə hər birinin nominal dəyəri 200 manat olan 325 min səhmi var. Səhmlərin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi