Moskva Arbitraj Məhkəməsi “ABB-Moskva”nın kapitalına həbs qoyub

Moskva Arbitraj Məhkəməsi “ABB-Moskva”nın kapitalına həbs qoyub Rusiya "Sberbank"ı Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planı ilə razılaşmır
Maliyyə
11 May , 2018 19:13
Moskva Arbitraj Məhkəməsi “ABB-Moskva”nın kapitalına həbs qoyub

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) Moskva Arbitraj Məhkəməsinin qərarına aydınlıq gətirib. 

Bankdan "Report"a verilən məlumata görə, sırf kommersiya mübahisəsi mahiyyəti daşıyan bu iddia Azərbaycan Beynəlxalq Bankının fəaliyyətinə hər hansı şəkildə təsir göstərmir. Eyni zamanda bank bu qərarı məhkəmə qaydasında mübahisələndirmək hüququna malikdir.

2017-ci il mayın 11-də Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası elan edilib. Restrukturizasiya prosesini tanıyan London məhkəməsi Böyük Britaniya ərazisində Azərbaycan Beynəlxalq Bankının aktivlərinə qarşı hər hansı iddia tələblərinə qarşı moratorium qoyub. 2017-ci il iyulun 18-də bankın restrukturizasiya olunan öhdəliklərinin 93.9%-nə malik kreditorlar restrukturizasiya planının lehinə səs verib. Beləliklə, könüllü restrukturizasiya prosesi 2017-ci il sentyabrın 1-də uğurla başa çatdırılıb. Kreditorlar müəyyən edilmiş sənədləşmə prosedurlarını yerinə yetirərək onlara təklif edilən müvafiq maliyyə alətlərini alıblar. Rusiya "Sberbank"ı isə restrukturizasiya planı ilə razılaşmayaraq bu istiqamətdə hüquqi hərəkətlərə başlayıb. Restrukturizasiya planına uyğun olaraq, Rusiya "Sberbank"ına 16 milyon ABŞ dolları məbləğində qiymətli kağızlar təklif edilib. Bu bankın Azərbaycan Beynəlxalq Bankına qarşı əlavə iddia tələbinin ümumi məbləği isə 5 milyon ABŞ dolları civarındadır.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı “ABB-Moskva”nın fəaliyyətinin dayandırılmasına qərar verib və Rusiya bazarını tərk edir.

Xatırladaq ki, Moskva Arbitraj Məhkəməsi Rusiya "Sberbank"ının Azərbaycan Beynəlxalq Bankına qarşı müraciətini qismən təmin edərək onun “ABB-Moskva”nın nizamnamə kapitalındakı payının bir hissəsi üzərində hər hansı əməliyyat aparmasına müvəqqəti məhdudiyyət qoyub.

Son xəbərlər

Orphus sistemi