"Moody's" Türkiyənin kredit reytinqinə yenidən baxır

"Moody's" Türkiyənin kredit reytinqinə yenidən baxır Beynəlxalq reytinq agentliyi bunu ölkənin yaxın gələcəkdə makroiqtisadi siyasətinə dair qeyri-müəyyənliyin olması ilə izah edib
Maliyyə
2 İyun , 2018 12:53
Moody's Türkiyənin kredit reytinqinə yenidən baxır
0 : 00
0 : 00

Bakı. 2 iyun. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini yenidən nəzərdən keçirməyə başlayıb. 

"Report" bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, agentlik bunu ölkənin yaxın gələcəkdə makroiqtisadi siyasətinə dair qeyri-müəyyənliyin olması ilə izah edib. 

Xatırladaq ki, bu il martın 8-də "Moody's" Türkiyənin kredit reytinqini "Ba1" səviyyəsindən "Ba2" səviyyəsinə endirmiş, reytinq üzrə proqnozunu isə "Mənfi"dən "Sabit"ə dəyişmişdi. 

Son xəbərlər

Orphus sistemi