"Moody’s": MDB məkanında iqtisadi artım bu il 2%, gələn il isə 3% təşkil edəcək

"Moody’s": MDB məkanında iqtisadi artım bu il 2%, gələn il isə 3% təşkil edəcək MDB hökumətləri neft qiymətlərinin şokunu və artan ortodoks siyasətini tənzimləməyə çalışır
Maliyyə
12 Yanvar , 2017 09:16
Moody’s: MDB məkanında iqtisadi artım bu il 2%, gələn il isə 3% təşkil edəcək

Bakı. 12 yanvar. REPORT.AZ/ MDB ölkələrinin iqtisadiyyatı 2016-cı ilə nisbətən 2017-ci ildə daha sürətlə böyüməlidir. “Report” xəbər verir ki, bu barədə “Moody’s” Beynəlxalq Reytinq Agentliyinin MDB üzrə açıqladığı hesabatda bildirilir. 

Agentliyin proqnozuna görə, bu il regionda 2%-lik iqtisadi artım müşahidə ediləcək: "Ötən il bu rəqəm 1% olub 2018-ci ildə isə böyümə 3% təşkil edəcək. Neft qiymətlərinin yüksək olması ehtimalı belə dövlət qurumlarına fiskal və monetar siyasətin təsirlərini zəiflətməyə imkan yaratmayacaq".

Agentliyin vitse-prezidenti Kristin Lindov (Kristin Lindow) deyib ki, region ölkələri neftin ucuzlaşmasının şokunu yaşayır: “MDB hökumətləri neft qiymətlərinin şokunu və artan ortodoks siyasətini tənzimləməyə çalışır. Buna fiskal və monetar siyasətin daralması və üzən məzənnə kimi siyasətlər daxildir. 2017-ci ildə MDB ölkələrinin neftin aşağı qiymətinin təsirini yumşaltmaq üçün imkanları var”.

Son xəbərlər

Orphus sistemi