Yuxarı

​Moody's: Hökumət ABB-də payını 95%-ə çatdıracaq

ABB-yə dövlət yardımı davam edəcək

Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankına (ABB) dövlət dəstəyi zəif əməliyyat mühitindən yaranan riskləri kompensasiya edəcək. "Report" xəbər verir ki, bu barədə açıqlama "Moody's" beynəlxalq reytinq agentliyi tərəfindən verilib. Agentliyin ABB ilə əlaqədar iyulun 14-də yaydığı hesabatda, həmçinin bildirilib ki, bankın fiskal yükünün artmasına baxmayaraq Azərbaycan dövlətinin ABB-yə dəstəyi davam edir. Azərbaycan dövləti ölkədə yaranan mürəkkəb işgüzar mühit nəticəsində yaranan riskləri idarə edir. Agentlik hesab edir ki, iqtisadi geriləmə şəraitində Azərbaycan dövlətinin ABB-yə aktivlərinin keyfiyyətinin artırılması, kapitallaşma və likvidliyin təmin olunmasında dəstəyini davam etdirəcək.

"Moody's"ə görə ABB-nin dövlət dəstəyindən asılılığı yüksək qalmaqda davam edəcək. Dövlət ABB-nin problemli kreditləri "Azərkredit QSC" bank olmayan kredit təşkilatına ötürməklə bərabər 2016-cı ilin III rübündə bankın kapitalına 500 mln. manat (333 mln. ABŞ dolları) həcmində dəstək verəcəyi hesabatda qeyd olunub. Bundan başqa ABB-nin hökümətlə açıq valyuta mövqeyinin hedc edilməsi ilə bağlı danışıqlar apardığı bildirilib. Hesabatda bildirilib ki, hedcinqlə bağlı tədbirlər alınmasa bankın aktivlərinin keyfiyyəti və kapitallaşması yüksəlməyəcək. Agentlik, ABB-nin yaxın illərdə özəlləşdiriləcəyini gözlədiklərini qeyd edib.

Agentlik ABB-nin maliyyə bazarlarından aldığı borcları bağlaması səbəbindən maliyyələşmə dərəcəsinin 2015-ci ilin sonuna 44%-ə qədər azaldığını, bunun 2014-cü ilin sonunda 50% olduğunu xatırladıb. Agentlik 2016-cı ildə də ABB-nin problemli kreditlərini hökumətə ötürərək ondan maliyyə vəsaiti alacağını bildirib. Bununla da ABB likvidlik "yastığını" artıracaq və ilin sonuna qədər bahalı xarici valyutada kreditlərini ödəməyə davam edəcək.

"Moody's" hökumətin 2015-ci ilin iyul ayında ABB-nin reabilitasiyası üçün tədbirlər planı hazırlayıb. Plana əsasən hökümət ABB-nin problemli kreditlərinin ötürüldüyü "Aqrarkedit QSC"yə 2015-ci ildə 2,5 mlrd. manat vəsait verib. 2016-cı ildə isə daha 5,7 mlrd. manat veriləcəyinə razılaşıb. Faktiki məcmu problemli aktivlərin həcmi 7,5 mlrd. manat təşkil edib. Buna səbəb valyuta məzənnəsindəki dəyişikliklərdən yaranan fərq və "ABB Moskva" ilə "Joint Leasing"dən yaranan problemli kreditlər əlavə edilib.

Hazırda ABB-nin problemli aktivlərinin təmizlənməsi prosesi başa çatıb və o, "Aqrarkredit QSC"dən əvəzində nağd vəsaiti ala bilib. Bundan başqa hökümət ABB-nin I dərəcəli kapitalına il ərzində 500 mln. azn dəstək verərək bankda payını 95%-ə çatdıracaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi