​"Moody's" Fransanın kredit reytinqini azaldıb

​"Moody's" Fransanın kredit reytinqini azaldıb Agentlik: Zəif iqtisadi artım və siyasi çətinliklər Fransanın xarici borcuna mənfi təsir göstərəcək
Maliyyə
19 Sentyabr , 2015 14:16
​Moody's Fransanın kredit reytinqini azaldıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi Fransanın kredit reytinqini aşağı salıb. "Report" xəbər verir ki, bununla da Fransanın kredit reytinqi "Aa2" olub.

"Moody's" azalmanı iqtisadi yavaşlama, monetar genişlənmənin zəif olması nəticəsində Fransanın xarici borcunu azaltmasına mane olacağı faktla əsaslandırıb. Buna baxmayaraq, Fransa hazırda dünyada 30-cu ən yüksək investisiya qoyuluşu mümkün olan ölkə statusuna sahibdir. Agentlik Fransanın kredit reytinqi üzrə proqnozu isə "neqativ"dən "stabil"ə yüksəldib.

"Moody's"in ekspertləri bildiriblər ki, zəif ÜDM artımı və islahatların həyata keçirilməsinə mane olan siyasi çətinliklər Fransanın onillik müddətdə borcuna mənfi təsir göstərəcək.

Son xəbərlər

Orphus sistemi