Yuxarı

“Moody's” Çinin iqtisadi artım proqnozunu azaltdı

“Moody's” Çinin iqtisadi artım proqnozunu azaltdı

“Moody's” beynəlxalq reytinq agentliyi koronavirusun Çin iqtisadiyyatına təsirini nəzərə alaraq bu ölkənin iqtisadi artım proqnozunu azaldıb. 

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, agentlik 2020-ci ildə Çində ÜDM-in 5,2% artacağını gözləyir. Bundan əvvəl isə proqnoz 5,8% idi. 

“Moody's” hesab edir ki, koronavirusun iqtisadiyyata təsiri bir neçə həftə davam edəcək, daha sonra isə tədricən azalacaq. Çinlə yanaşı, digər Asiya-Sakit Okean ölkələrində də iqtisadi artımın zəifləyəcəyi, xüsusilə də ticarət və turizm sektorlarında mənfi tendensiyanın yaşanacağı ehtimal edilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi