Yuxarı

​"Moody's" Azərbaycanın reytinqini təsdiq edib - YENİLƏNİB

Agentlik 2016-cı ildə Azərbaycanın xarici borcunun ÜDM-in 25%-dən aşağı olacağına proqnozlaşdırır

İlk xəbər saat 10:45-də verilib

Bakı. 5 dekabr. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanla bağlı növbəti reytinqini açıqlayıb. "Report"un agentliyin rəsmi səhifəsinə istinadən verdiyi xəbərə görə, Agentlik Azərbaycanın dövlət istiqrazları emitentinin reytinqini "Baa3" səviyyəsində saxlayıb və proqnozu "stabil" olaraq qeyd edib.

Agentlik ölkədə fiskal sabitliyin əsas səbəbi kimi Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) geniş aktivlərinin olması ilə əlaqələndirib. Qurum 2016-cı ildə Azərbaycanın xarici borcunun ÜDM-in 25%-dən aşağı olacağını proqnozlaşdırır.

***

Agentlik sentyabrın sonuna ARDNF-in valyuta ehtiyatlarının 34,7 mlrd. ABŞ dolları civarında olduğunu və bunun ÜDM-in 64%-ni təşkil etdiyini bildirir.

"Moody's" ekspertlərinin fikrincə, ölkənin böyük həcmdə maliyyə ehtiyatlarının olması və daha çevik məzənnə siyasəti onu aşağı neft qiymətlərinin təsirindən qoruyur.

Agentlik hesab edir ki, 2016-cı ildə büdcə kəsiri ÜDM-in 5,5%-ni təşkil edəcək. 2015-ci ildə isə bu göstərici 9,2% olacaq. "Moody's" Azərbaycanda 2016-cı ildə iqtisadi inkişafın 1,7%, 2015-ci ildə isə 2,8% olacağını proqnozlaşdırır .

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi