Yuxarı
    Bağlamaq

    ​"Moody's" agentliyi Azərbaycan Beynəlxalq Bankı, "Unibank" və "Bank Respublika"nın reytinqlərini zəiflədib - YENİLƏNİB

    Agentlik ABB-nin subordinasiya olunan borclar üzrə reytinqini müəyyənləşdirməkdən imtina edib

    İlk xəbər saat 11:15-də verilib

    Bakı. 5 iyun. REPORT.AZ/ "Moody's Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycanda fəaliyyət göstərən bir sıra kommersiya banklarının uzunmüddətli borc reytinqi üzrə proqnozunu "pozitiv"dən "stabil"ə dəyişib. Bu, Azərbaycan Beynəlxalq Bankı, "Unibank" və "Bank Respublika" ASC-dir.

    "Report" xəbər verir ki, buna səbəb olaraq isə Azərbaycanda çətinləşən əməliyyat mühiti və banklara olan maliyyə təzyiqi göstərilib.

    Ötən gün reytinq agentliyi Azərbaycandakı 6 kommersiya bankı üzrə risk qiymətləndirməsinin nəticələrini açıqlayıb. Belə ki, Azərbaycan Beynəlxalq Bankının reytinqi "Ba2", "Bank of Baku" ASC və "Bank VTB (Azerbaijan)"ın reytinqi "Ba3", "Unibank", "Bank Respublika" və "Xalq Bank"da - "B1" səviyyəsində təsdiqlənib.

    Bundan başqa, öz biznes maraqlarını nəzərə alaraq Agentlik Azərbaycan Beynəlxalq Bankının subordinasiya olunan borclar üzrə reytinqini müəyyənləşdirməkdən imtina edib.

    *** (Əlavə olunub)

    Proqnozu aşağı salınan hər üç bank üçün "Moody's" agentliyi "Spesifik bank amilləri"ni açıqlayıb.

    ABB-nin reytinqi üzrə proqnozun aşağı salınmasına səbəb manatın devalvasiyasından sonra Bankın rekapitalizasiya həyata keçirərək valyuta məzənnəsinin dəyişməsindən əmələ gələn kapital itkisini örtmək cəhdləridir. Agentlik qeyd edib ki, Mərkəzi Bank tərəfindən ABB-yə fevralın 27-də 250 mln. manat həcmində kapital dəstəyi verilib. Bununla da Bankın kapitalının adekvatlıq əmsalı 2015-ci il aprelin 1-nə 12,02%-ə yüksəlib. Səhmdarlar tərəfindən təsdiq olunan 100 mln. manat həcmində kapitalın cəlb edilməsi prosesində 51 mln. manat Maliyyə Nazirliyi tərəfindən mart ayında ödənilib. Kapitala daha bir əlavə səhmdarlar tərəfindən 200 mln. manat həcmində təsdiqlənib və bu ilin sonunda həyata keçiriləcək. Agentlik hesab edir ki, Bankın kapitalına verilən dəstək neqativ hallarda yetərli bufer rolu oynayacaq. Lakin, bankın reytinqi aktivlərin pisləşməsi, tək adama böyük kreditlərin verilməsi, rentabelliyin aşağı olması səbəbindən təzyiq altındadır.

    "Unibank"ın kredit reytinqinin təsdiqlənməsi isə öz növbəsində Bankın möhkəm kapitallaşmaya malik olması ilə izah edilir. Lakin verilən istehlak kreditlərinin 35%-nin xarici valyutda olması son devalvasiyadan sonra ödənişlərdə problem yarada biləcəyindən, reytinq təzyiq altındadır.

    "Unibank"ın 90 gündən artıq vaxtı keçmiş kreditləri 2013-cü ilin sonunda 3,1%-dən 2014-cü ilin sonuna 6,8%-ə yüksəlib. Davam edən çətin əməliyyat mühiti və manatın devalvasiyası nəzərə alınaraq Agentlik neqativ tendensiyanın davam edəcəyini gözləyir. Bankın kapitalın adekvatlıq əmsalını 2015-ci ildə 15%-dən yuxarı səviyyədə saxlaya biləcəyi vurğulanır.

    "Bank Respublika"nın proqnozunun aşağı salınması və reytinqə olan təzyiqlər əsasən yüksək depozit portfeli və valyuta risklərinin çox olması səbəbi ilə bağlıdır. Bununla yanaşı, Bankın aktivlərinin də pisləşməsi gözlənilir.

    "Bank Respublika"da vaxtı keçmiş (90 gündən artıq) kreditlərin əmsalı ən aşağı həddə olub: 2013-cü ilin sonuna - 0,5%, 2014-cü ilin sonuna - 1,2%. Kreditlərin keyfiyyəti isə diversifikasiya edilərək artırılıb. Buna baxmayaraq, 2014-cü ilin sonuna 44%-ə çatan valyuta kreditləri Bankın devalvasiyadan sonra risklərini artırıb. Agentlik 2015-ci ilin sonuna kredit xərclərinin 4,5%-ə çatacağını proqnozlaşdırır. İlk rübdə kapitalın adekvatlılıq əmsalı 18,5% olub.

    "Moody's" tərəfindən açıqlanan məruzədə ABB, "Unibank" və "Bank Respublika"nın reytinqinin artırılması imkanları Azərbaycandakı çətin əməliyyat mühiti nəzərə alınaraq məhdudlaşdırılır.

    Lakin reytinqin azaldılması üçün iki səbəb ola bilər: makroiqtisadi vəziyyət daha da çətinləşərsə banklar zərəri örtmək üçün əlavə ehtiyatlar yaratmalı olacaq, aktivlərin pisləşməsi davam edərsə, kapitallaşma səviyyəsi düşə bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi