“Mol Bulak”ın aktivləri 35% azalıb

“Mol Bulak”ın aktivləri 35% azalıb Bakı. 4 may. REPORT.AZ/ “Mol Bulak” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 34,6% azalaraq bu il yanvarın 1-nə 11,585 mln. manat təşkil edib.
Maliyyə
4 May , 2018 15:26
“Mol Bulak”ın aktivləri 35% azalıb

Bakı. 4 may. REPORT.AZ/ “Mol Bulak” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 34,6% azalaraq bu il yanvarın 1-nə 11,585 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Mol Bulak"ın müştərilərə verdiyi kreditlər 30,6% azalaraq 9,08 mln. manata düşüb.

Hesabat dövründə BOKT-un öhdəlikləri 78,5% azalaraq 1,824 mln. manat, o cümlədən borc vəsaitləri 79,85% azalaraq 1,7 mln. manat, cəmi kapitalı isə 5,7% artaraq 9,761 mln. manat olub.

“Mol Bulak” 2017-ci ildə 528 min manat xalis mənfəət əldə edib. Xatırladaq ki, BOKT 2016-cı ili 3,742 mln. manat xalis zərələ başa vurmuşdu. 

Son xəbərlər

Orphus sistemi