“Mol Bulak” BOKT-nin aktivləri 40% artıb

“Mol Bulak” BOKT-nin aktivləri 40% artıb “Mol Bulak” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 39,7% artaraq bu il yanvarın 1-nə 16,185 mln. manat təşkil edib.
Maliyyə
15 Aprel , 2019 13:47
“Mol Bulak” BOKT-nin aktivləri 40% artıb

“Mol Bulak” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 39,7% artaraq bu il yanvarın 1-nə 16,185 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Mol Bulak”ın müştərilərə verdiyi xalis kreditlər 46,1% artaraq 13,269 mln. manata çatıb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 2,95 dəfə artaraq 5,383 mln. manat, cəmi kapitalı isə 10,7% artaraq 10,802 mln. manat olub.

“Mol Mulak” 2018-ci ili 1,552 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən 2,9 dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi