"Mitsubishi" maliyyə qrupunun xalis mənfəəti 35% azalıb

"Mitsubishi" maliyyə qrupunun xalis mənfəəti 35% azalıb Mərkəzi Yaponiyada yerləşən bank və maliyyə şirkəti Mitsubishi UFJ Financial Group Incinin (MUFG) ikinci rübdə xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 35% azalaraq 218,89 milyard yen (2 mlrd dollar) təşkil edib.
Maliyyə
13 Noyabr , 2019 13:18
Mitsubishi maliyyə qrupunun xalis mənfəəti 35% azalıb

Mərkəzi Yaponiyada yerləşən bank və maliyyə şirkəti "Mitsubishi UFJ Financial Group Inc"inin (MUFG) ikinci rübdə xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 35% azalaraq 218,89 milyard yen (2 mlrd dollar) təşkil edib.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, şirkətin hesabat dövründə ümumi gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 8% artaraq 1,01 trilyon yen (9,2 mlrd dollar), rüsumlar və komissiya üzrə gəlirləri isə illik müqayisədə 1,7% azalaraq 315,8 mlrd yen (2,89 mlrd dollar) olub.

Şirkətin ikinci rübdə kapital və istiqraz əməliyyatlarından qazancı illik müqayisədə 4 dəfəyə yaxın artaraq 113,9 mlrd yen (1,04 mlrd dollar) təşkil edib.

Son xəbərlər

Orphus sistemi