Yuxarı

​Misir İMF-dən 12 mlrd. dollar kredit almağı planlaşdırır

Maliyyə yardımının 4 il müddətinə ayrılması nəzərdə tutulub

Bakı. 3 avqust. REPORT.AZ/ Misir Beynəlxalq Valyuta Fondundan (İMF) 12 mlrd. dollar kredit almağı planlaşdırır. 

"Report" xəbər verir ki, bu barədə məlumatı "Sky news Arabia" telekanalı yayıb. 

Xəbərdə bildirilib ki, Misir hökümətinin hazırda Qahirədə olan İMF rəsmiləri ilə görüşlərində fonddan 12 mlrd. dollar kreditin maliyyə yardımı şəklində 4 il müddətinə ayrılması planlaşdırılıb. 

İMF-nin rəsmi nümayəndəsi Uilyam Myurrey (William Murray) bildirib ki, Misir höküməti bu ilin iyul ayının sonlarında iqtisadi proqram çərçivəsində maliyyə yardımı üçün fonda müraciət edib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi