“Report” xəbər verir ki, sənədin 3-cü (Aqrar sığorta sahəsində dövlətin vəzifələri) maddəsinə 4 yeni bənd əlavə olunub və bəndlərin sayı 7-yə çatdırılıb.
Həmin bəndlər aşağıdakılardır:
1. Aqrar sığorta predmetlərini və aqrar sığorta risklərini müəyyənləşdirmək;
2. Aqrar sığorta sahəsində dövlət siyasətinin istiqamətlərini müəyyən etmək və normativ hüquqi aktlar qəbul etmək;
3. Aqrar sığorta üzrə fəaliyyətin genişləndirilməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçirmək;
4. Aqrar sığortanın tətbiqinin genişləndirilməsi üçün maarifləndirmə və məlumatlandırma işini təşkil etmək;
5. Aqrar sığorta sisteminin tətbiqinə nəzarət etmək və fasiləsizliyinin təmin edilməsinə dəstək göstərmək;
6. Aqrar sığorta sisteminin inkişafı və istifadəsinin təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək;
7. Aqrar sığorta sahəsində beynəlxalq əməkdaşlığı dəstəkləmək.