Mikayıl Cabbarov: "Vergilər Nazirliyi öz işini elə qurmalıdır ki, ölkədəki iqtisadi artım üçün ən əlverişli şəraiti təmin edə bilsin"

Mikayıl Cabbarov: "Vergilər Nazirliyi öz işini elə qurmalıdır ki, ölkədəki iqtisadi artım üçün ən əlverişli şəraiti təmin edə bilsin" Bakı. 13 fevral. REPORT.AZ/ Dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan Vergilər Nazirliyi ortamüddətli perspektivdə stimullaşdırıcı vergi siyasətinə keçidi təmin etməklə iqtisadi artımın sürətləndirilməsinə öz töhfəsini verməyə çalışacaq. 
Maliyyə
13 Fevral , 2018 13:08
Mikayıl Cabbarov: Vergilər Nazirliyi öz işini elə qurmalıdır ki, ölkədəki iqtisadi artım üçün ən əlverişli şəraiti təmin edə bilsin
Vergilər naziri Mikayıl Cabbarov / Report/ Firi Salim

Bakı. 13 fevral. REPORT.AZ/ "Dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan Vergilər Nazirliyi ortamüddətli perspektivdə stimullaşdırıcı vergi siyasətinə keçidi təmin etməklə iqtisadi artımın sürətləndirilməsinə öz töhfəsini verməyə çalışacaq". 

"Report" xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov deyib.

O, rəhbərlik etdiyi qurumda islahatların davam etdiriləcəyini də qeyd edib: "Həyata keçirilməsinə başlanmış islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına xidmət edir. Vergilər Nazirliyi öz işini elə qurmalıdır ki, ölkədəki iqtisadi artım üçün ən əlverişli şəraiti təmin edə bilsin. Vergi yığımı ölkə iqtisadiyyatının vəziyyətindən birbaşa asılıdır. Yəni, ölkə iqtisadiyyatı nə qədər güclüdürsə, o qədər də Vergilər Nazirliyi üçün fiskal öhdəliklərinin icrası asanlaşır. Və əksinə, iqtisadi böhran və ya durğunluq şəraitində Vergilər Nazirliyinin dövlət xəzinəsinə daxilolmaların təmin edilməsi imkanları xeyli mürəkkəbləşir. Bu səbəbdən bu sahəyə birbaşa cavabdeh olan digər dövlət qurumları ilə birgə işləyərək Vergilər Nazirliyinin əli hər zaman iqtisadiyyatın nəbzi üzərində olacaq". 

M.Cabbarovun sözlərinə görə, Vergilər Nazirliyi öz inkişafında böyük yol keçib, bu yolun həm müsbət, həm mənfi səhifələri olub: "Müsbət səhifələr kimi qeyd etmək olar ki, vergi orqanlarının fəaliyyəti tam avtomatlaşdırılıb, vergi öhdəliklərinin bütün tarixçəsini özündə əks etdirən vahid informasiya sistemi yaradılıb, vergi ödəyicilərinə göstərilən xidmətlər mütərəqqi prinsiplər əsasında qurularaq elektronlaşdırılıb, “çağrı mərkəzi”, “bir pəncərə” dövlət xidmətlərinin əsası bu nazirlikdə qoyulub. Bununla yanaşı, vergi ödəyicilərini öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması deyil, ən asan üsulla - dövriyyənin hesablanmasına sövq edilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətinin itirməsi, plan-proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorları üzərində vergi yükünün qeyri-mütənasib paylaşdırılması, özəl biznesə qarşı bugünki tələblərə cavab verməyən qəbuledilməz metodların tətbiqi, ədalətlilik prinsiplərinin pozulması, vergi ödəyicələrini “özününki” və “özgə” kateqoriyalarına bölünməsi kimi xoşagəlməz halları qeyd etmək olar".

Son xəbərlər

Orphus sistemi