Mərkəzi banklar qızıllarını ABŞ-dan qaytarmağa başlayıb

Mərkəzi banklar qızıllarını ABŞ-dan qaytarmağa başlayıb Son 30 ayda Nyu-York FRB-dən 388 ton fiziki qızıl çıxarılıb
Maliyyə
31 Avqust , 2016 20:15
Mərkəzi banklar qızıllarını ABŞ-dan qaytarmağa başlayıb

Bakı. 31 avqust. REPORT.AZ/ Dünyanın mərkəzi bankları Nyu-York Federal Ehtiyat Bankından (FEB) qızıl aktivlərinin geri gətirməyə başlayıb. 

"Report" Nyu-York FEB və "Zero Hedge" araşdırma şirkətinə istinadən xəbər verir ki, 2014-cü ildən etibarən dünyanın ən iri qızıl saxlanma yeri olan Nyu-York FEB-dən 388 ton qızıl çıxarılıb. İlk olaraq Almaniya 2014-cü ildə 120 ton fiziki qızıl şıxardıqdan sonra Hollandiya 122 ton qızıl geri qaytarıb. 2015-ci ilin may ayında Avstriya fiziki qızıl ehtiyatının çox hissəsini Britaniya bankından geri götürüb və öz ölkəsi ilə İsveçrədə yerləşdirib.

Ümumiyyətlə, mərkəzi banklar əhalini, gələcəkdə kağız pul əskinazlarının dövriyyədən çıxarılacağı ilə bağlı narahat olmamağa çağırıb. Amma, buna baxmayaraq mərkəzi banklar 2016-cı ilin ilk 7 ayında Nyu-York FRB-dən 87 ton qızıl götürüblər ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 25, 2014-cü ilin analoji dövrü ilə müqayisədə 60% çoxdur. 

Xatırladaq ki, avqustun 1-nə Nyu-York FRB-də 5 807 ton fiziki qızıl mövcuddur. Bankdan verilən məlumatda 2007-ci il maliyyə böhranında mərkəzi bankların 408 ton fiziki qızıl götürdükləri bildirilib.  

Son xəbərlər

Orphus sistemi