Mərkəzi banklar avroda olan aktivlərini sürətlə azaldır

Mərkəzi banklar avroda olan aktivlərini sürətlə azaldır Bankirlər Britaniya iqtisadiyyatını uzunmüddətli perspektivdə daha təhlükəsiz hesab edirlər
Maliyyə
4 Aprel , 2017 15:40
Mərkəzi banklar avroda olan aktivlərini sürətlə azaldır

Bakı. 4 aprel. REPORT.AZ/ Dünyanın mərkəzi bankları avroda olan aktivlərini xeyli azaldıb, bəziləri isə təmamilə satıb. "Report"un "Financial Times"a istinadən verdiyi xəbərə görə, bu barədə "Central Banking Publications" və B.Britaniyanın "HSBC" bankının birgə hazirladığı hesabatda məlumat verilib. Hesabat dünyanın 80 mərkəzi bankın ehtiyatlarını idarə edən məsul şəxslər arasında aparılmış sorğunun nəticələri əsasında hazırlanıb. Qeyd edək ki, avroya məcmu investisiyaların həcmi 6 trln. təşkil edir. Mərkəzi bank ehtiyatlarının menecerləri B.Britaniyanın pul vahidi - funt sterlinqi avrodan daha dayanıqlı və sabit hesab etdiklərini bildiriblər.

Mərkəzi banklar arasında aparılan sorğuya görə, onlar avrozonada siyasi sabitliyin olmaması, iqtisadi artımın zəif tempi və Avropa Mərkəzi Bankının (ECB) monetar siyasətindən narahatdır. Sorğuda iştirak edən mərkəzi bankların nümayəndələrinin 71%-i "Brexit"ə baxmayaraq Britaniya iqtisadiyyatını uzunmüddətli perspektivdə daha təhlükəsiz hesab edirlər. 

Son xəbərlər

Orphus sistemi